Belarus Rusiyanın köməyi ilə ölkədəki mövcud vəziyyət səbəbindən bütün diplomatlarını Suriyadan təxliyə edib.
Teleqraf.com "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə Belarus Xarici İşlər Nazirliyinin mətbuat katibi Anatoli Qlaz məlumat verib.
Onun sözlərinə görə, bütün diplomatlar Minskə geri çağırılıb.
Mətbuat katibi bildirib ki, Belarusun Suriyadakı səfiri Yuri Sluka məsləhətləşmələr üçün bir müddət respublikanın paytaxtında olacaq, nəticədə vəziyyətin dərindən qiymətləndirilməsi planlaşdırılır.