08:03
12 Punto 14 Punto 16 Punto 18 Punto

"İngiltərə Suriyada hakimiyyətə gələn silahlı müxalifətlə diplomatik əlaqə qurub".

Teleqraf.com "Sky News"a istinadən xəbər verir ki, bunu Britaniyanın xarici işlər naziri Devid Lemmi deyib.

"Biz diplomatik əlaqə saxlaya bilərik və gözlədiyiniz kimi, diplomatik əlaqəmiz var" - Lemmi bildirib.

Eyni zamanda, Lemmi vurğulayıb ki, Həyat Təhrir əl-Şam qadağan edilmiş təşkilat olaraq qalır.
Nazir həmçinin əlavə edib ki, Böyük Britaniya Suriyada inklüziv hökumətin qurulacağına ümid edir.


Müəllif: Arzu

Oxşar xəbərlər