18 Fevral 2015 21:58
612
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fevralın 18-də Vyanada ATƏT Parlament Assambleyasının (ATƏT PA) 13-cü qış sessiyası işə başlayıb. ATƏT-ə üzv olan 50-dən çox ölkənin 260-dan artıq parlamentarisinin iştirak etdiyi sessiyada Azərbaycanı Milli Məclis sədrinin müavini Bahar Muradovanın rəhbərliyi ilə nümayəndə heyəti təmsil edir.

Teleqraf.com-un məlumatına görə, sessiyanın ilk günü Vyanada yerləşən “Hofburq” sarayında təşkilatın “Aralıq dənizi Forumu“ keçirilib.Sessiyanın rəsmi açılışı fevralın 19-da “Hofburq“ sarayının konqres mərkəzində olacaq. Açılış iclasında ATƏT-in fəaliyyətdə olan sədri, Serbiyanın xarici işlər naziri İviça Daçiç, ATƏT Parlament Assambleyasının prezidenti İlkka Kanerva və Avstriya Milli Şurasının (Parlament) sədri Doris Bures çıxış edəcəklər.

Sessiya çərçivəsində hər üç komitənin (siyasi məsələlər və təhlükəsizlik; iqtisadi məsələlər, elm, texnologiya və ətraf mühit; demokratiya, insan haqları və humanitar məsələlər) iclasları keçiriləcək. Sessiyanın işinə komitələrin birgə iclası ilə yekun vurulacaq.


Müəllif: