Rusiya Silahlı Qüvvələrinin döyüş qabiliyyətinin artırılmasına ciddi diqqət yetirir.
Teleqraf.com xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Müdafiə Nazirliyinin yekun kollegiyasında çıxışı zamanı deyib.
“Silahlı Qüvvələrin döyüş qabiliyyəti və imkanlarının artırılmasına ciddi diqqət yetiririk. Silahlı qüvvələrin sayı 1.5 milyon hərbi qulluqçuya çatdırılıb”, - dövlət başçısı bildirib.
Prezident Putin vurğulayıb ki, hər gün 1000-dən çox rusiyalı müqavilə əsasında Rusiya Silahlı Qüvvələrinin xidmətinə daxil olur.