Tanınmamış Abxaziya Respublikasının deputatı Adqur Xaraziya “parlament binası”nda odlu silahla bir həmkarının ölümünə, digərinin isə yaralanmasına səbəb olmaqda şübhəli bilinir.

Teleqraf.com xəbər verir ki, bu barədə qondarma respublikanın daxili işlər naziri Robert Kiyut bildirib.

Kiyut qeyd edib ki, “parlament”də atışma törətməkdə şübhəli bilinən Xaraziya hadisə yerindən qaçıb.

“Prezidentin səlahiyyətlərini icra edən” Badra Qunba baş verən atışma ilə bağlı “Təhlükəsizlik Şurası”nın iclasını çağırıb.

Xatırladaq ki, hadisə bu gün baş verib.