Keçmiş SSRİ-nin lideri Vladimir Leninin nəşi nə vaxtsa dəfn ediləcək.

Teleqraf.com xəbər verir ki, bu barədə Rusiya Prezidenti Vladimir Putin illik mətbuat konfransında bildirib.

“Leninin nəşinin dəfninə gəlincə, yəqin ki, cəmiyyət nə vaxtsa buna gedəcək. Amma xüsusən də bu gün Rusiyada cəmiyyətimizi parçalayacaq bir addım da atmamalıyıq”, - prezident belə söyləyib.

Xatırladaq ki, keçmiş SSRİ-nin liderinin mumiyalanmış cəsədi Moskvada mavzoleydə saxlanılır.