Almaniya kansleri Olaf Şolts sülhməramlı missiya ilə Rusiyaya səfər etməyi planlaşdırır.
Teleqraf.com xəbər verir ki, bu barədə “Der Spiegel” məlumat yayıb.
Nəşrin mənbəsinin məlumatına görə, “Almaniya İqtisadiyyatının Şərq Komitəsi” təşkilatının nümayəndələrindən biri kanslerin yaxın günlərdə “sülh missiyası” ilə Moskvaya gedəcəyini bildirib.
"Der Spiegel" qeyd edir ki, bu məlumat hələki təsdiqlənməyib.
Şoltsun ofisi xəbərləri təkzib edib.