Suriya prezidenti Bəşər Əsədin həyat yoldaşı Əsma ərinin qaçmasından bir neçə həftə əvvəl Moskvada xərçəng xəstəliyinin residivindən müalicə almağa başlayıb.
Teleqraf.com xəbər verir ki, bu barədə Britaniyanın “Financial Times” qəzeti mənbələrə istinadən məlumat yayıb.
Nəşrin məlumatına görə, Bəşər Əsəd Moskvaya gəldikdən sonra yoldaşı ilə görüşüb. Müəlliflər qeyd ediblər ki, Əsmanın valideynləri də Moskvada olub. Bundan əlavə, jurnalistlərin məlumatına görə, Suriya prezidentinin Əbu-Dabidə Sorbonna Universitetində təhsil alan qızı Zein də Rusiyadadır.