21 Dekabr 2024 10:47
1 450
12 Punto 14 Punto 16 Punto 18 Punto

Amerikalı hərbi analitik Uill Şrayver ABŞ və Rusiya arasında mümkün qarşıdurmanın nəticələri barədə danışıb.

Teleqraf.com xəbər verir ki, "X" sosial şəbəkə hesabında paylaşım edən Şrayver, ABŞ Hərbi Hava Qüvvələrinin Rusiyaya zərbə endirmək cəhdinin nə ilə nəticələnəcəyinə aydınlıq gətirib.

Onun sözlərinə görə, logistika çatışmazlığı səbəbindən ABŞ hava donanması uğursuzluqla üzləşə bilər.

Analitikin fikrincə, ABŞ ordusu hətta qısamüddətli, yüksək intensiv hücuma tab gətirmək üçün təchiz olunmayıb: "Hücum edilsə, Polşa, Rumıniya, Baltikyanı ölkələrdəki bazalar bir neçə saatdan sonra sıradan çıxacaq. Yanacaqdoldurma qurğuları və kəşfiyyat məntəqələri bir neçə saat ərzində məhv ediləcək. Həmçinin Rusiyanın hava hücumundan müdafiə sistemləri effektivliyinə görə bütün oxşar Amerika sistemlərindən üstündür".


Müəllif: Ceyhun Ağazadə

Oxşar xəbərlər