Ukraynaya sülhməramlıların göndərilməsi məsələsi atəşkəsdən sonra müzakirə oluna bilər.

Teleqraf.com xəbər verir ki, bunu Macarıstanın xarici işlər naziri Peter Siyarto bildirib.

Nazir ilk növbədə atəşkəsin vacib olduğuna diqqət çəkib.

O qeyd edib ki, yalnız bundan sonra sülh danışıqları prosesi başlaya və razılıq əldə oluna bilər: "Bu səbəbdən hazırda sülhməramlı qüvvələrin göndərilməsi ilə bağlı ciddi fikir formalaşdırmaq mümkün deyil".