14:51
309
12 Punto 14 Punto 16 Punto 18 Punto

Almaniyada Milad yarmarkasında törədilmiş hadisə nəticəsində ölənlərin sayı 4-ə, yaralı sayı isə 205-ə çatıb.

Teleqraf.com xəbər verir ki, bu barədə "Bild" nəşri məlumat yayıb.

Hadisəni törədən şəxsin 50 yaşlı Səudiyyə Ərəbistanı vətəndaşı Taleb əl-Əbdülmöhsün olduğu açıqlanıb.

Onun islam dininə qarşı çıxdığı və 2006-cı ildən Almaniyada yaşadığı bildirilib. Qeyd edək ki, sözügedən hadisə Maqdeburq şəhərində baş verib. Saksoniya-Anhalt əyalətinin hökuməti hadisəni terror aktı qiymətləndirib.


Müəllif: Ceyhun Ağazadə

Oxşar xəbərlər