Qəzzada son sutkada daha 21 nəfər ölüb.
Teleqraf.com xəbər verir ki, bu barədə anklavın Səhiyyə Nazirliyi məlumat yayıb.
Ölüm hallarından 12-si Cəbəliyə qaçqın düşərgəsinə edilən hücumda qeydə alınıb. Son 24 saat ərzində 61 nəfər isə xəsarət alıb. İsrail ordusunun İordan çayının qərb sahilində həyata keçirdiyi reydlər zamanı daha 25 nəfər saxlanılıb.
Qeyd edək ki, Qəzzada müharibə qurbanlarının sayı 45.227-ə, yaralı sayı isə 107.573-ə yüksəlib.