Almaniya kansleri Olaf Şolz Maqdeburq terror aktının baş verdiyi yerə səfəri zamanı küçələrdə fitə basılıb.
Teleqraf.com xəbər verir ki, bu barədə xarici mətbuatda məlumat yayılıb.
Sosial şəbəkələrdə kanslerin hadisə yerinə getdiyi zaman fitə basıldığına dair videolar yayılıb.
Səsyazmalarda onun ünvanına etiraz səsləri də eşidilir.