14:33
202
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fransada qaçqın həyatı yaşayan suriyalı aktyor əkiz qardaşlar Məhəmməd və Əhməd Malas 12 ildən sonra ölkələrinə qayıdıblar. Onlar Əsəd rejiminin kəşfiyyatının nəzarətindən qurtularaq Dəməşqdə ilk teatr tamaşalarını nümayiş etdiriblər.

Teleqraf.com Türkiyə mətbuatına istinadla xəbər verir ki, onlar 13 ildir ayrı düşdükləri ölkələrində səhnələşdirdikləri tamaşa ilə vətəndaşların görüşünə gəliblər. Əkiz qardaşlar Bəşər Əsədin devrilməsindən sonra Hiyam teatrında “Yeni azad Suriyada ilk teatr tamaşası”nı nümayiş etdiriblər.

Tamaşaya baxmağa gələnlər arasında Əsəd rejiminin devrilməsindən sonra ölkələrinə qayıdan köhnə dost və tanışların görüşləri, salamlaşmaları diqqət çəkib.

Qardaşlar tamaşadan əvvəl etdiyi çıxışlarda əvvələr cib telefonu ilə səs yazmağın, canlı yayımın açılmasının, şəkil çəkdirməyin qadağan olduğu bir ölkədə bundan sonra hər bir şeyin insanların istədikləri kimi olacağı qeyd olunub.

Suriyalı qardaşların oyununda biri həyata uyğunlaşmağa çalışan, digəri isə vətən həsrəti çəkən və Avropaya uyğunlaşmaqda çətinlik çəkən Fransada yaşayan iki suriyalı qaçq təsvir olunub.

Tamaşada yumor gülüşlə qarşılansa da, qaçqın həyatının çətinliyini, doğma yurdunu, ailəsini, Suriyada yaşamaq həsrətini təsvir edən səhnələr tamaşaçılara duyğulu anlar yaşadıb.

Tamaşadan sonra Malas qardaşları pərəstişkarlarını, dostlarını, ailələrini və sənət yoldaşlarını uzun müddət səhnədə salamlayıblar.


Müəllif: Ceyhun Alışlı

Oxşar xəbərlər