Almaniya kansleri Olaf Şoltsun sülh missiyası ilə Moskvaya səfəri tamamilə realdır. Bu, Almaniyada seçki kampaniyası çərçivəsində baş tuta bilər.
Teleqraf.com xəbər verir ki, bu barədə Bundestaqın “Almaniya üçün Alternativ” fraksiyasından olan deputatı Rayner Rotfus TASS-a müsahibəsində bildirib.
Deputat “Der Spiegel” jurnalının kanslerin yaxın günlərdə Moskvaya getməyi planlaşdırması ilə bağlı yazını şərh edərkən belə şayiələri eşitmədiyini deyib: “Amma Şolts tərəfindən bu, seçki yarışı çərçivəsində mümkün və strateji baxımdan məqsədəuyğun bir addım olardı, çünki o, özünü “sülh kansleri” kimi göstərməyə çalışır".
Qeyd edək ki, Almaniyada seçkilər 2025-ci il fevral ayının 23-də keçiriləcək. Onların nəticələrinə əsasən, yeni hökumət formalaşacaq və yeni kansler seçiləcək.