15:06
411
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qarabağ məsələsinin həllindən sonra Türkiyənin hədəfi Balkandan Altaya qədər nəqliyyat dəhlizlərinin açılmasıdır.

Teleqraf.com xəbər verir ki, bunu erməni politoloq Ara Poqosyan deyib.

“Türkiyənin keçmiş xarici işlər və baş naziri Əhməd Davudoğlu “Strateji dərinlik” kitabında Kosovo və Qarabağa xüsusi yer verib. Davudoğlunun fikrincə, Balkanda Kosovo (Albaniya) və Cənubi Qafqazda Qarabağ (Azərbaycan) Türkiyənin əsas münaqişələridir və bunlar vasitəsilə Türkiyə Balkan və Cənubi Qafqazda öz təsirini gücləndirməli, strateji dərinlik yaratmalıdır.

Mahiyyət etibarilə Türkiyə ilk problemi - Kosovo məsələsini Avropa İttifaqını təsir göstərməyə məruz qoymaqla, Serbiyadan müstəqilliyini təmin etməklə həll elədi, indi bura Türkiyənin Balkanda qalasıdır.

Qarabağ problemi də həll olunub, indi yeganə məsələ Türkiyənin strateji dərinliyini Balkandan Orta Asiya, Somali və Yəmənə, Cənubi Qafqazdan Altaya Azərbaycanın cənub sərhədlərindən tamamlayacaq ümumi yol təmin etməkdir", - ekspert bildirib.

Poqosyan Türkiyənin Qara, Egey və Aralıq dənizlərindəki fəaliyyətlərinə də diqqət çəkib:

"Türkiyə indi Mavi Vətən strategiyası ilə strateji su dərinliyi ideyasını həyata keçirir".


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər