“Serbiya xarici təzyiqlərə baxmayaraq, heç vaxt Qərbin Rusiyaya qarşı sanksiyalarına qoşulmayacaq”.
Teleqraf.com xəbər verir ki, bunu Serbiyanın Baş nazirinin müavini Aleksandr Vulin Çinin “CGTN” telekanalına müsahibəsində deyib.
“Qərbdən Serbiyaya həmişə təzyiqlər olur, bizdən Rusiyaya qarşı sanksiyalar tətbiq etməyi, Çin investisiyalarını dayandırmağı, həmçinin Avropa İttifaqı və ABŞ-ın etdiyi hər şeyə əməl etməyimizi xahiş edirlər, amma biz müstəqil dövlətik. Biz heç vaxt Rusiyaya qarşı heç bir sanksiya tətbiq etməyəcəyik.
O, ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın andiçmə mərasimindən sonra Vaşinqtonun Serbiya ilə bağlı siyasətində dəyişikliklərə nikbin baxmadığını qeyd edib.