10:12
360
12 Punto 14 Punto 16 Punto 18 Punto

NATO-nun baş katibi Mark Rutte müdafiə xərclərinin artırılmasının tərəfdarıdır.

Teleqraf.com xəbər verir ki, Rutte bu barədə "DPA" agentliyinə müsahibəsində bildirib.

NATO-nun baş katibi müdafiə sənayesinin genişləndirilməsinin vacibliyini vurğulayaraq, alyansın uzunmüddətli perspektivdə özünü müdafiə etmək üçün kifayət qədər hərbi məhsul istehsal etmədiyini etiraf edib.

“Bu sahədə xərcləri artırmasaq, dörd-beş ildən sonra ciddi problemlər yaşayacağıq”, - deyə Rutte söyləyib.

NATO lideri Rusiyanın alyans ərazisinə hücumu ilə bağlı uzunmüddətli perspektivdə narahat olduğunu diqqətə çatdırıb.


Müəllif: Ceyhun Ağazadə

Oxşar xəbərlər