12:44
1 250
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-ın rəhbərlik etdiyi beynəlxalq koalisiya PKK/YPG terror təşkilatına hərbi dəstəyini davam etdirir.

Teleqraf.com xəbər verir ki, bu barədə “Star” qəzeti məlumat yayıb.

Türkiyə nəşri yazır ki, Suriya Milli Ordusu tərəfindən neftlə zəngin Deyr əz-Zor vilayətinin mərkəzindən çıxarılan terror təşkilatı ABŞ-la birlikdə bölgəni geri almaq üçün hərəkətə keçib.

Ötən gün ABŞ-ın iki hərbi yük təyyarəsi Hasəkə vilayətinə enib.

Yük təyyarələri ilə gətirilən hərbi texnikalar yük maşınları ilə Deyr əz-Zor ərazisində məskunlaşan terrorçulara çatdırılıb.

ABŞ-ın PKK/YPG-yə hərbi yardımı Türkiyə tərəfindən sərt təpki ilə qarşılanıb. Rəsmi Ankara dəfələrlə Vaşinqtondan bu yardımın dayandırılmasını tələb edib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər