12:52
439
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gürcüstan müxalifəti prezident Salome Zurabişvilinin yeni seçkilərlə bağlı mövqeyini tam bölüşür.

Teleqraf.com xəbər verir ki, bu barədə müxalif “Birlik-Milli Hərəkat” koalisiyasının liderlərindən biri Giorgi Vaşadze bildirib.

Onun sözlərinə görə, seçkilərin tarixini mümkün qədər tez təyin etmək lazımdır.

"Biz müxalifət partiyaları seçkilərin nə vaxt və hansı şərtlərlə keçirilməsi məsələsinin müzakirəsinə hazırıq. Salome Zurabişvilinin yeni seçkilərlə bağlı bəyanatını dəstəkləyirik. Bu məsələ ilə bağlı yekun mövqelər bu həftə ərzində formalaşdırılmalıdır".

Xatırladaq ki, ötən gün S.Zurabişvili Tbilisidəki aksiyada çıxışı zamanı bəyan edib ki, yeni seçkilərin tarixi dekabrın 29-dək razılaşdırılmalıdır. O, bu məsələnin müzakirəsi üçün hakim "Gürcü Arzusu" partiyasının fəxri sədri Bidzina İvanişvilini iqamətgahına dəvət edib.


Müəllif: Cəmilə Babayeva

Oxşar xəbərlər