Almaniyanın Rusiyaya qarşı istənilən düşmənçilik hərəkəti cavabsız qalmayacaq.
Teleqraf.com xəbər verir ki, bu sözləri Rusiyanın Berlindəki səfiri Sergey Neçayev deyib.
“Almaniya hökumətinin müzakirələrində iştirak etmirik, seçki debatlarına qarışmırıq, amma açıq şəkildə bildiririk ki, Berlinin Rusiyaya qarşı hər hansı düşmən hərəkəti cavabsız qalmayacaq. Əminəm ki, almanlar bunu anlayırlar, - diplomat qeyd edib.
Rusiya səfiri bu barədə Berlindən Kiyevə “Taurus” qanadlı raketlərinin mümkün tədarükü və ABŞ-ın orta və qısamənzilli raketlərinin Almaniyada yerləşdirilməsini şərh edərkən bildirib.