13:54
220
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gürcüstanın baş naziri İrakli Kobaxidze biznes sektorunun nümayəndələri ilə qapalı görüş keçirir.

Teleqraf.com xəbər verir ki, görüşdə ölkədəki hazırkı proseslər və iqtisadi vəziyyət müzakirə olunur.

Görüşdə 100-ə yaxın böyük şirkətin nümayəndələri iştirak edirlər.

Qeyd edək ki, Gürcüstanda fəaliyyət göstərən bəzi iri şirkətlər etiraz aksiyalarına dəstək ifadə ediblər. Ölkədə yaranmış vəziyyətin biznes mühitə mənfi təsir etdiyi barədə fikirlər səsləndirilir.


Müəllif: Cəmilə Babayeva

Oxşar xəbərlər