16:14
1 514
12 Punto 14 Punto 16 Punto 18 Punto

Donald Trampın ABŞ-da hakimiyyətə gəlməsi və cəbhədəki çətin vəziyyət Ukrayna Prezidenti Vladimir Zelenskini Rusiya ilə danışıqlarla bağlı mövqeyini yumşaltmağa sövq edir.

Teleqraf.com xəbər verir ki, bu barədə “Vaşinqton Post” yazır.

ABŞ nəşri bildirir ki, Zelenski son həftələrdə tez-tez müharibəni bitirmək üçün danışıqlara hazır olduğuna işarə edir, bu, ölkəsinin hər qarış torpağı üçün mübarizə aparacağını vəd edən Ukrayna lideri üçün ciddi dəyişiklikdir:

“Zelenskinin ritorikasındakı dəyişiklik cəbhə xəttində vəziyyətin pisləşməsi və Kiyevə gələcək təhlükəsizlik yardımını şübhə altına alan Donald Trampın hakimiyyətə qayıtması ilə izah oluna bilər”.

Hökumət rəsmiləri və analitiklərin fikrincə, Zelenskinin ton dəyişikliyi Trampın münaqişəni sona çatdırmaq vurğusu ilə uyğunlaşmaq cəhdidir. ABŞ-ın Rusiyadakı keçmiş səfiri Maykl Makfol deyib ki, Zelenski administrasiyası Trampın dövründə hər şeyin dəyişəcəyini anlayır.

“Düşünürəm ki, bu, Zelenskini onun nə olur-olsun, 1991-ci il sərhədlərinə qədər döyüşəcəkləri mövqeyindən azad edir”, - amerikalı diplomat vurğulayıb.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər