19:37
277
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın administrasiyası Rusiya və Ukrayna arasında potensial olaraq yenidən İstanbulda baş tuta biləcək sülh danışıqlarının başlanmasına dəstək verməyə hazır olduğunu açıqlayıb.

Teleqraf.com xəbər verir ki, bunu Türkiyə Prezidenti Administrasiyası yanında kommunikasiya şöbəsinin rəhbəri Fəxrəddin Altun "Euronews" telekanalına müsahibəsində deyib.

“İstanbul sülh danışıqları platforması kimi özünü təsdiqləyib və beynəlxalq aləmdə geniş tanınıb. Təbii ki, ölkələrin İstanbulda yenidən bir araya gəlməsi ehtimalı var. Bu kontekstdə Türkiyə sabitləşdirici güc olaraq həm humanitar məsələlərdə, həm də sülh danışıqlarının başlanması üçün lazım olan bütün dəstəyi verməyə hazırdır" - Altun qeyd edib.

O, həmçinin bildirib ki, Rusiya və Ukrayna arasında böhranın daha da pisləşməsinin qarşısını almaq üçün bütün tərəflərin konstruktiv və məsuliyyətli mövqe tutması vacibdir.


Müəllif: Arzu

Oxşar xəbərlər