İsrail Qəzza zolağı və girovların mübadiləsi ilə bağlı danışıqlarda müəyyən irəliləyişlər əldə edib.
Teleqraf.com xəbər verir ki, bunu İsrailin baş naziri Benyamin Netanyahu açıqlayıb.
“Girovların dəyişdirilməsi ilə bağlı danışıqlarda müəyyən irəliləyiş əldə olunub, lakin sövdələşmənin bağlanması üçün nə qədər vaxt lazım olacağı məlum deyil”, - Netanyahu deyib.