23 Dekabr 22:16
403
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukrayna prezidenti Vladimir Zelenski qəhrəmanlıq nümayiş etdirərək yeni liderin Rusiya ilə danışıqlar aparmasına imkan vermək üçün istefaya getməlidir.

Teleqraf.com xəbər verir ki, bu barədə "Asia Times" yazır.

Nəşrin müəllif iddia edir ki, Zelenski Ukraynanın mübarizəsində qəhrəman rolu oynayıb. Ancaq ölkə prezident seçkilərini ləğv edib, bu baxımdan, o, legitim dövlət başçısı olmadığı üçün Rusiya müqaviləni imzalamaq niyyətində deyil.

“Bu, son qəhrəmanlıq üçün şans açır: Sülh sazişini imzalamaq üçün Zelenski istefa edə bilər. Bununla da Ukraynaya onun iştirak etməyəcəyi prezident seçkiləri keçirməklə demokratiyasının nə qədər möhkəm olduğunu nümayiş etdirməsinə icazə verə bilər”, - "Asia Times"ın müəllifi qeyd edir.


Müəllif: Arzu

Oxşar xəbərlər