00:17
223
12 Punto 14 Punto 16 Punto 18 Punto

Serbiya Prezidenti Aleksandar Vuçiç Rusiyanın xarici işlər naziri Sergey Lavrovla Qərbin məhdudlaşdırıcı tədbirlərlə maneə törətməyə çalışdığı əməkdaşlığın davam etdirilməsi yollarını müzakirə edib.

Teleqraf.com xəbər verir ki, bu barədə Rusiya xarici siyasət idarəsinin mətbuat xidməti bildirib.

“Serbiya tərəfinin təşəbbüsü ilə 23 dekabrda Rusiya Federasiyasının Xarici İşlər Naziri S.V.Lavrov ilə Serbiya Respublikasının Prezidenti A.Vuçiç arasında telefon danışığı baş tutub”, – məlumatda qeyd olunub.

Vurğulanıb ki, tərəflər “BMT Təhlükəsizlik Şurasının 1244 saylı qətnaməsinin fundamental əhəmiyyətinə hörmət edilməklə Kosovo nizamlanmasına, ilk növbədə Serbiyanın suverenliyi və ərazi bütövlüyünün təmin edilməsi zərurətinə” xüsusi diqqət veriblər: “Tərəflər Priştina tərəfindən Kosovo Serb Bələdiyyələri Birliyinin yaradılması barədə razılaşmaların çoxillik sabotajının qəbuledilməz olduğunu vurğulayıblar. Kosova-alban hakimiyyətinin yerli serblərə qarşı davam edən terroruna və onların əsas hüquqlarının pozulmasına son qoyulmasının zəruriliyi barədə vahid mövqe ifadə edilib”.

“S.V.Lavrov Rusiya Prezidenti V.V.Putinin dəfələrlə səsləndirdiyi beynəlxalq hüquq prinsiplərinə uyğun olaraq serb xalqının fundamental hüquqlarının müdafiəsi işində Moskvanın Belqradla həmrəyliyini təsdiqləyib” , – mətbuat xidməti vurğulayıb.

Bildirilib ki, Qərbin “qanunsuz birtərəfli məhdudlaşdırıcı tədbirlərlə maneə törətməyə çalışdığı əməkdaşlığın davam etdirilməsi yolları barədə fikir mübadiləsi aparılıb”.

“Hər iki tərəf Bosniya və Herseqovinadakı (BiH) vəziyyətlə bağlı narahatlığını ifadə edib. Bu ölkədə sabitlik naminə BiH-də sülh haqqında Ümumi Çərçivə (Deyton) Sazişinə uyğun olaraq entitetlərin və dövlətqurucu xalqların statusuna hörmət edilməsinin vacibliyi təsdiqlənib” , – mətbuat xidməti vurğulayıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər