24 Dekabr 09:58
8 043
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bəşər Əsəd rejiminin devrilməsindən sonra Rusiya Suriyadakı S-400 və S-300 raket komplekslərinin bir qismini çıxarıb.

Teleqraf.com xəbər verir ki, “Forbes” S-400-lərin çıxarılması ilə Rusiyanın Suriya səması üzərində nəzarəti itirdiyini bildirib.

Agentlik qeyd edir ki, sistemlərin çıxarılması Rusiyanın Suriyanın hava məkanında hökmranlıq dövrünün başa çatması deməkdir.

“The Wall Street Journal”ın məlumatına görə, Rusiya Suriyadan çıxardığı S-400 və S-300-ləri yük təyyarələri ilə Liviyanın şərqindəki bazalara daşıyıb.

Məlumatda deyilir ki, S-400-lərin Suriyada olması artıq Rusiyanın strateji maraqlarına uyğun gəlmir, çünki Əsədin devrilməsindən sonra sistemlərin qorunub saxlanması sual altındadır.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər