24 Dekabr 10:57
790
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ və NATO Əfqanistan və İranın ortaq düşmənidir.

Teleqraf.com xəbər verir ki, bu fikri Əfqanıstanda iqtidarda olan Taliban Hərəkatının xarici işlər nazirinin müavini Şer Məhəmməd Abbas Sanikzayi deyib.

“ABŞ və Qərb dünyası, xüsusilə NATO bizə qarşı adi müharibə aparmır, siyasi-iqtisadi müharibə vəziyyətindədirlər. Eyni münasibəti İrana qarşı da nümayiş etdirirlər. Ona görə də bizim ümumi düşmənlərimiz var, ölkələrimiz dostluq münasibətlərini dərinləşdirməli və möhkəmləndirməlidir”, - ölkə rəsmisi vurğulayıb.


Müəllif: Qənirə Süleymanova

Oxşar xəbərlər