Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan iqtisadiyyatın müxtəlif sahələrinin rəhbərləri və sərmayələrə cavabdeh olan heyətlə Suriyaya səfər edəcək.
Teleqraf.com xəbər verir ki, bu barədə “Hürriyet” məlumat yayıb.
Türkiyə nəşri qeyd edir ki, Ərdoğanın səfərinin vaxtı hələ müəyyən edilməyib.
Bundan öncə Türkiyə Milli Kəşfiyyat Təşkilatının rəhbəri İbrahim Kalın və xarici işlər naziri Hakan Fidan Dəməşqdə olub.