2025-ci il yanvarın 1-dən Qazaxıstana BRICS-də tərəfdaş ölkə statusu veriləcək.
Teleqraf.com xəbər verir ki, bu barədə Qazaxıstan Xarici İşlər Nazirliyi məlumat yayıb.
Məlumatda deyilir ki, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin iştirak etdiyi Kazanda keçirilən BRICS sammitindən sonra Astanaya dəvət göndərilib.
Rusiya prezidentinin köməkçisi Yuri Uşakov da bundan öncə bildirmişdi ki, yanvarın 1-dən Qazaxıstan və daha 8 ölkə rəsmi olaraq təşkilatın tərəfdaşı statusunu alacaq.