24 Dekabr 20:46
223
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukrayna prezidenti Vladimir Zelenski Anqola prezidenti Joao Lourençoynı Kiyevə rəsmi səfərə dəvət edib.

Teleqraf.com yerli mətbuata istinadən xəbər verir ki, o, bu barədə "Telegram" kanalında məlumat yayıb.

Məlumata görə, iki ölkə prezidenti arasında telefon danışığı zaman Zelenski bu təklifi verib.

Zelenski qeyd edib ki, Ukrayna Anqola ilə ikitərəfli münasibətləri inkişaf etdirməkdə maraqlıdır. Ukrayna prezidenti iki ölkə arasında ərzaq təhlükəsizliyi, taxıl mərkəzlərinin yaradılması və kənd təsərrüfatının yaxşılaşdırılması istiqamətləri addımlar atılacağını qeyd edib.

Sonda Zelenski Anqola liderinin onun Kiyevə səfər dəvətini qəbul etdiyini qeyd edib.


Müəllif: Arzu

Oxşar xəbərlər