Suriyanın yeni hakimiyyət orqanları Latakiya əyalətində və digər bölgələrdə əsgərlərin yenidən qeydiyyata alınması üçün mərkəzlər açıb.
Teleqraf.com xəbər verir ki, bu barədə "Financial Times" məlumat yayıb.
Məlumata görə, Latakiya əyalətində yüzlərlə keçmiş əsgər silahlarını təhvil vermək üçün uzun növbələr yaradıb. Onları devrilmiş prezident Bəşər Əsədin portretlərinə tüpürməyi tələb edən Heyət Təhrir əl-Şam qruplaşmasının döyüşçüləri müşayiət edir.
Yeni hakimiyyətin fikrincə, belə mərkəzlərin köməyi ilə insanları tərksilah etmək və ölkədə təhlükəsizliyi təmin etmək mümkün olacaq.