24 Dekabr 20:25
432
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gürcüstanda Yeni il bayramı ilə əlaqədar yanvarın 3-dən 10-dək tətil olacaq.

Teleqraf.com xəbər verir ki, bu barədə qərarı hökumət başçısı İrakli Kobaxidze imzalayıb.

Qərara əsasən, bir həftə ərzində dövlət qurumlarında çalışanlar üçün qeyri-iş günü olacaq.

2025-ci il yanvarın 3-ü və 6-sı, o cümlədən yanvarın 8-dən 10-dək olan günlər bayram günləri elan edilib.

Qeyd edək ki, yanvarın 7-də Gürcüstanda Milad bayramı qeyd olunur. Həmin gün qeyri-iş günüdür.


Müəllif: Cəmilə Babayeva

Oxşar xəbərlər