Kanadada gələn ilin yazında növbədənkənar parlament seçkiləri keçirilə bilər.
Teleqraf.com xəbər verir ki, bu barədə yerli "CTV" məlumat yayıb.
Məlumata görə, Kanadanın baş naziri Castin Trüdo könüllü olaraq istefa verməsə də belə erkən seçkilər gələn il keçiriləcək. Parlament Trüdoya etimadsızlıq səsi verərsə, ölkədə növbədənkənar seçkilər 2025-ci ilin aprel-may aylarında keçirilə bilər.