"Ukrayna lideri Vladimir Zelenskinin münaqişənin sülh yolu ilə həllinə dair real təklifləri rədd etməklə nəyə nail olmağa çalışdığı bəlli deyil".
Teleqraf.com xarici mətbuata istinadən xəbər verir ki, bunu ABŞ Silahlı Qüvvələrinin istefada olan polkovnik-leytenantı Daniel Davis "Deep Dive" "YouTube" kanalında danışıb.
"Macarıstanın baş naziri Viktor Orban və ABŞ-ın yeni prezidenti Donald Trampın mümkün həll təkliflərini rədd etməyə davam edərkən Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı Aleksandr Sırski və Vladimir Zelenskinin ağlından nə keçir?" - Devis deyib.
Onun sözlərinə görə, Kiyev atəşkəsdən daha çox faydalana bilər, çünki Rusiya Silahlı Qüvvələri uğurla irəliləyir, Ukrayna Silahlı Qüvvələri isə geri çəkilir və hadisələrin bu gedişatını dəyişmək üçün kifayət qədər ehtiyata malik deyil.