Gürcüstanın yeni seçilmiş prezidenti Mixeil Kavelaşvilinin dekabrın 29-na təyin olunmuş inauqurasiya mərasimi parlamentin sarayında keçiriləcək.
Teleqraf.com xəbər verir ki, bu barədə parlamentin mətbuat xidmətindən bildirilib.
Məlumata əsasən, saat 11:00-da başlayacaq andiçmə mərasimində Seçicilər kollegiyasının üzvləri, hökumət rəsmiləri və prezidentin ailə üzvləri iştirak edəcəklər.
Xatırladaq ki, M.Kavelaşvili Gürcüstanın VI prezidenti olacaq. O, dekabrın 14-də Seçicilər kollegiyasının 224 üzvü tərəfindən dövlət başçısı seçilib. Yeni prezident Gürcüstana növbəti beş ildə rəhbərlik edəcək.