Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili AZAL təyyarəsinin qəzaya uğraması ilə əlaqədar Azərbaycan xalqına başsağlığı verib.
Teleqraf.com xəbər verir ki, spiker “X” hesabında həlak olanların ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığını bildirib.
“Kədərinizi bölüşürük və bütün xəsarət alanların tezliklə sağalmasını arzu edirik”, - Ş.Papuaşvili yazıb.