"Türkiyə Suriyadakı separatçı terror təşkilatlarının fəaliyyətinə son qoyacaq".
Teleqraf.com yerli mətbuata istinadən xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
Ərdoğanın sözlərinə görə, Türkiyə Suriyadakı terror təşkilatlarını, xüsusilə İŞİD və Kürdüstan Fəhlə Partiyasını məhv etməkdə qərarlıdır .
“Bu separatçı cinayətkarlar ya silahları ilə özləri vidalaşacaqlar, ya da onlarla birlikdə Suriya torpağında dəfn olunacaqlar. Kürd qardaşlarımızla aramızda qan divarı hörməyə çalışan terror təşkilatını məhv edirik”, - Türkiyə lideri parlamentdə hakimpartiyanın fraksiyası qarşısında çıxışı zamanı deyib .
Ərdoğan qeyd edib ki, terrorçu qruplar Suriya, İraq və Türkiyə üçün təhlükə mənbəyidir .