01:25
282
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukrayna prezidenti Vladimir Zelenski xaricilərlə qanunsuz sövdələşmələr aparan hüquqi şəxslərin cinayət məsuliyyətinə cəlb edilməsi mexanizminin təkmilləşdirilməsini nəzərdə tutan qanunu imzalayıb.

Teleqraf.com yerli mətbuata istinadən xəbər verir ki, bu barədə Ali Radanın "Telegram" kanalında məlumat yayılıb.

"Zelenskinin imzaladığı bu qanun beynəlxalq biznes əməliyyatlarında xarici məmurların rüşvətxorluğuna qarşı mübarizəni gücləndirir. Bu, Ukraynanın İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatına üzvlüyünə doğru bir addımdır ”, - bəyanatda deyilir.

Məlumata görə, qanun məmurlara rüşvət verməyə cəhdə görə cərimələrin artırılmasını nəzərdə tutur. Bundan əlavə, hüquqi şəxslərə əlavə cərimələr tətbiq oluna bilər.


Müəllif: Arzu

Oxşar xəbərlər