Ukrayna prezidenti Vladimir Zelenski ölkəsinin Almaniyadakı səfirini istefaya göndərib.
Teleqraf.com xəbər verir ki, bu barədə "Bild" nəşri məlumat yayıb.
Məlumata görə, səfir Aleksey Makeyevin işdən çıxarılmasına səbəb kimi Almaniyanı Kiyevə daha çox yardım göstərməyə inandıra bilməməsi göstərilib.
Artıq onu kimin əvəzləyəcəyi məlumdur. Bildirilib ki, Makeyevin varisi Ukraynanın İsraildəki hazırkı səfiri Yevgeni Korniyçuk olacaq.