“Tbilisidə və Gürcüstanın digər yerlərində kütləvi etirazlar davam edir. Vəziyyət dekabrın 29-dan sonra ən yüksək nöqtəyə çatacaq”.
Teleqraf.com xəbər verir ki, bunu İsveçin keçmiş xarici işlər naziri, Avropa Şurasının xarici əlaqələr üzrə həmsədri Karl Bildt “X” hesabında yazıb.
Onun sözlərinə görə, Avropa İttifaqı və digərləri kimin Gürcüstanın qanuni prezidenti olacağına qərar verəcəklər.
Xatırladaq ki, Gürcüstanın yeni prezidenti Mixeil Kavelaşvili dekabrın 14-də seçilib. Onun dekabrın 29-da andiçmə mərasimi olacaq. Səlahiyyət müddəti həmin gün başa çatacaq hazırkı prezident Salome Zurabişvili vəzifəsini tərk etməyəcəyini bəyan edib.