Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili İsveçin keçmiş xarici işlər naziri, Avropa Şurasının xarici əlaqələr üzrə həmsədri Karl Bildtin “X” hesabındakı paylaşımına reaksiya verib.
Teleqraf.com xəbər verir ki, o, “Facebook” səhifəsində bunları yazıb:
“Bu gün gəldi — müstəqilliyin 33-cü ildönümündə indi başqaları bizə “canişinlər” təyin etmək haqqında düşünürlər”.
Qeyd edək ki, Karl Bildt “X” hesabında yazıb ki, dekabrın 29-dan sonra Aropa İttifaqı və digərləri kimi Gürcüstanın qanuni prezidenti hesab etdiklərinə qərar verməli olacaqlar.
Xatırladaq ki, Gürcüstanın yeni prezidenti Mixeil Kavelaşvili dekabrın 29-da and içəcək.