Gürcüstanın yeni seçilmiş prezidenti Mixeil Kavelaşvilinin dekabrın 29-da keçiriləcək andiçmə mərasiminə səfirlər dəvət olunmayıb.
Teleqraf.com xəbər verir ki, bu barədə ölkə parlamentinin sədri Şalva Papuaşvili bildirib.
O, inauqurasiyaya xarici ölkələrin nümayəndələrini dəvət etməyi planlaşdırmadığını deyib.
“Zalın da müəyyən məhdudiyyətləri var, lakin bu da əsas deyil. Əsas odur ki, bu, rəsmi mərasimdir və tədbirdə həm Seçicilər kollegiyasının üzvlərinin iştirakı, həm də konstitusiya orqanlarının tam şəkildə təmsil olunması vacibdir”, - spiker söyləyib.