26 Dekabr 13:40
618
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qırğızıstanda ictimai yerlərdə niqab taxanlar cərimələnəcəklər.

Teleqraf.com xəbər verir ki, bu barədə “NewTimes.kz” xəbər agentliyi məlumat yayıb.

Sözügedən qanun layihəsinə əsasən, qaydaya riayət etməyənlər 20 min som məbləğində cərimələnəcəklər.

Müddəa Qırğızıstan parlamentində “Dini etiqad azadlığı və dini birliklər haqqında” qanun layihəsi çərçivəsində müzakirə edilir.

Bundan əvvəl ictimaiyyət nümayəndələri və hüquq müdafiəçiləri bunun demokratiya prinsiplərinə zidd olduğunu əsas gətirərək, ictimai yerlərdə niqab taxmağı qadağan edən müddəanın qanun layihəsindən çıxarılmasını xahiş etmişdilər.

Bununla belə, qanun layihəsinin təşəbbüskarları cavab veriblər ki, bu məhdudiyyət yalnız dövlət orqanlarında və ictimai yerlərdə vətəndaşın şəxsiyyətini müəyyən etməyə imkan verməyən, siyasi proseslərdə iştirakını məhdudlaşdırmayan geyimlərə şamil olunur.


Müəllif: Ceyhun Ağazadə

Oxşar xəbərlər