26 Dekabr 14:30
8 935
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə Müdafiə Nazirliyi Fransaya məxsus döyüş təyyarəsinin Şimali Kipr Türk Cümhuriyyətinin hava məkanını pozmasına təpki göstərib.

Teleqraf.com xəbər verir ki, qurum Fransanın bölgədəki fəaliyyətlərinin yaxından izlənildiyini bildirib.

“Şimali Kipr Türk Cümhuriyyətinin təhlükəsizliyinə təhdid yarada biləcək hər hansı gəlişməni yaxından izləyirik. Bildirmək istərdik ki, bölgədə Fransaya aid uçuşlar da yaxından izlənilir və koordinasiya edilir.

Sözügedən hadisə ilə bağlı Fransa hərbi attaşesi nazirliyimizə dəvət edilib və bölgə ilə bağlı həssaslıqlarımız çatdırılıb. Rabitə kanalları açıq saxlanılır və fransalı həmkarlarımızla lazımi qiymətləndirmələr aparılır.

Şimali Kipr Türk Cümhuriyyətinin təhlükəsizliyini təmin etmək, beynəlxalq hüquqa zidd olaraq həyata keçirilən bütün fəaliyyətlərə qarşı hüquq və maraqlarını qorumaq üçün lazımi hərbi-siyasi tədbirləri görməyə davam edirik. Keçmişdə olduğu kimi, bu gün də, sabah da zəmanət və müttəfiqlik müqavilələri çərçivəsində Kipr türklərinin təhlükəsizliyi, sülhü və rifahı üçün nəyin bahasına olur-olsun lazımi tədbirləri görməyə davam edəcəyik”, - bəyanatda belə deyilir.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər