26 Dekabr 17:19
8 331
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Suriya ilə bağlı açıqlamalarını nəzərə alır.

Teleqraf.com xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov deyib.

“Türkiyə rəhbərliyi və türk xalqının Suriya sərhədində təhlükəsizliklə bağlı narahatlığını anlayırıq. Sərhəddə dəfələrlə nizamsızlıq yaradan terror təşkilatları ilə bağlı hadisələr olub. Türkiyənin təhlükəsizlik maraqları ancaq Suriyanın suverenliyi, ərazi bütövlüyü və birliyini qorumaqla təmin edilməlidir. Türkiyə rəhbərliyinin də yanaşması bu yöndədir, biz də bunu dəstəkləyirik”, - nazir bildirib.

Suriyanın yeni hökumətinin rəhbəri Əhməd əl-Şəranın Rusiya ilə bağlı açıqlamalarını dəyərləndirən Lavrov qeyd edib:

“Şəra ölkələrimizin münasibətlərini uzunmüddətli və strateji xarakterli kimi qiymətləndirib. Bu yanaşmanı dəstəkləyirik. Suriya ilə bütün sahələrdə əməkdaşlığı davam etdirməyə hazırıq”.

Rusiyanın baş diplomatı Qərbin Şəra və Suriyanın digər rəhbər şəxslərinə ciddi təzyiq etdiyini vurğulayıb:

“Amerikalılar və avropalılar (Suriyada) fəallaşdılar. Hamı Suriyada bütün siyasi və etnik qruplar arasında birliyə nail olmaq üçün yox, təsir dairəsi yaratmaq və torpaqları ələ keçirmək üçün çalışmaq istəyir”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər