Rusiya istənilən qarşı tərəflə müqavilə əsasında Ukrayna ərazisindən qaz tədarük etməyə hazırdır, lakin Kiyevin məhkəmə iddiasına görə bu, mümkün deyil.
Teleqraf.com xəbər verir ki, bu barədə Rusiya prezidenti Vladimir Putin Leninqradda keçirdiyi mətbuat konfransı zamanı danışıb.
“Biz dedik ki, Azərbaycanın “Socar”ı, ya türk şirkəti, ya Macarıstan, ya da Slovakiya şirkəti olsa da, tədarük edəcəyik. Bircə Ukrayna məhkəmə iddiasını geri çəksin" - Putin deyib.
Putin bildirib ki, Rusiya hələ də Ukrayna ərazisindən qaz tranziti üçün pul ödəyir.