Finlandiya polisi və sərhədçiləri dekabrın 25-də Baltik dənizində Estoniya ilə Finlandiya arasında "Estlink 2" elektrik kabelinin kəsilməsindən sonra "Eagle S" neft tankerini dayandırıb.
Teleqraf.com xəbər verir ki, bu barədə “Reuters" məlumat yayıb.
Məlumata görə, yerli polis gəminin Baltik dənizində sualtı kabelləri məqsədli şəkildə zədələdiyini düşünür. Qeyd olunur ki, sərhədçilər gəmini araşdırma üçün Finlandiya ərazi sularına gətirib.