00:04
372
12 Punto 14 Punto 16 Punto 18 Punto

Serbiya Prezidenti Aleksandr Vuçiç və Ukrayna lideri Volodimir Zelenski arasında telefon danışığı baş tutub.

Teleqraf.com xarici mətbuata istinadən xəbər verir ki, bu barədə serbiyalı lider “Instagram” hesabında məlumat yayıb.

Danışıqlar zamanı ikitərəfli əməkdaşlıq müzakirə edilib, Serbiyanın Kiyevdəki diplomatik missiyasının fəaliyyətinin bərpası fonunda əlaqələrin yaxşılaşdırılmasına ümid ifadə olunub.

“Biz ölkələrimizin Avropa yolunu, eləcə də gələcəkdə daha tez-tez ikitərəfli səfərlərin həyata keçirilməsi imkanlarını müzakirə etdik”, - Vuçiç qeyd edib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər